İdman

“Sabah”da daha 5 yoluxma

4 Dekabr 2020 13:24
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" klubunda daha 5 futbolçu koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, paytaxt təmsilçisində ümumi yoluxma sayı artıq 8-ə yüksəlib.

Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodriges bir neçə gündür bu üzdən karantinə alınıblarsa, onlara artıq Nikola Vuyadinoviç, Ozan Can Kökçü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubemba da qoşulub. Son testin nəticələri adıçəkilən futbolçularda pozitiv çıxıb. Həmçinin Diniyev, Koçuk və Rodrigesin də cavabları yenə pozitiv olub.

Qeyd edək ki, Premyer Liqanın XII turunda dekabrın 5-də keçirilməli olan "Sabah" - "Neftçi" matçı təxirə salınıb.a

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.