İdman

Çempionlar Liqası tarixində ilk - “Sevilya” - “Çelsi” oyununda

1 Dekabr 2020 18:44
Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçiriləcək "Sevilya" - "Çelsi" qarşılaşması Çempionlar Liqası tarixində ilklə əlamətdar olacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qrup mərhələsinin V turunun oyununda VAR stadiondan kənarda fəaliyyət göstərəcək.

Bu, Çempionlar Liqası tarixində ilk belə hadisədir. Videoassistentlər UEFA-nın İsveçrədəki mənzil-qərargahında işləyəcək. Ehtiyat variant kimi arenada da əlavə videoassistentlər olacaq ki, onlar zərurət yaransa "səhnəyə çıxacaq". Portuqaliyalılar Tyaqu Lopeş və Luiş Branko Nyonda, italiyalılar Paolo Valeri və Çiro Karbone stadionda olacaq.

Qeyd edək ki, əksər daxili yarışlarda VAR sistemi mərkəzləşdirilmiş qaydada tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.