İdman

“Ayaks”ın Liverpul, “Real”ın Ukrayna sınağı

1 Dekabr 2020 09:11
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında V tura start veriləcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, turun ilk oyun günündə 4 qrupda 8 matç keçiriləcək.

Turnirin son qalibi "Bavariya" İspaniyada "Atletiko"nun qonağı olacaq. Almaniyalılar 4 qələbə ilə A qrupunda birinciliyi təmin edibsə, meydan sahibləri ikinci yer uğrunda mübarizə aparır. Madridlilər 1/8 finala yüksəlmək üçün qalib gəlməli və "Lokomotiv"in "Zalsburq"la matçda xal itirməsi lazımdır.

B qrupunda "Şaxtyor"un qonağı olacaq "Real" qələbə ilə mərhələ adlaya bilər. Mönhenqladbax "Borussiya"sı isə "İnter"i yenməklə 1/8 finala yüksələcək. Almaniyalılara digər matçın nəticəsindən asılı olaraq heç-heçə də kifayət edə bilər.

C qrupunda "Mançester Siti"ni qəbul edən "Porto" uduzmasa, növbəti mərhələyə yüksələcək. "Olimpiakos" şansını saxlamaq üçün "Marsel"ə qalib gəlməlidir.

"Liverpul"la "Ayaks" D qrupunun liderliyi uğrunda mübarizə aparacaq. İngiltərə təmsilçisi qələbə qazansa, 1/8 finala yüksələcək. "Atalanta" isə autsayder "Midtülland"la üz-üzə gələcək.

Qeyd edək ki, tura dekabrın 2-də yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi

V tur
1 dekabr

A qrupu
21:55. "Lokomotiv" (Rusiya) - "Zalsburq" (Avstriya)
00:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)

B qrupu
21:55. "Şaxtyor" (Ukrayna) - "Real" (İspaniya)
00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "İnter" (İtaliya)

C qrupu
00:00. "Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Porto" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

D qrupu
00:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)
00:00. "Atalanta" (İtaliya) - "Midtülland" (Danimarka)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.