İdman

Maradonanın ölümündə onun ADI ÇƏKİLİR

30 Noyabr 2020 12:56
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke onun ölümündə ittiham olunur.

Milli.Az xəbər verir ki, Maradonanın qohumları Lukeni dünya çempionunun ölümündə ittiham ediblər.

İddiaya görə, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.

Qeyd edək ki, Maradonanın ürək tutmasından vəfat etdiyi bildirilirdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.