İdman

"Qvardiola uşaqlıqdan mənim kumirim idi"

19 Noyabr 2020 09:49
Baxış: 854

"Barselona"nın sabiq futbolçusu Sesk Fabreqas komandanın keçmiş baş məşqçisi Pep Qvardioladan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda "Monako"da çıxış edən 33 yaşlı yarımmüdafiəçi 49 yaşlı mütəxəssislə münasibətlərinin yaxşı olmadığını deyib:

"Onunla 8 il əlaqəmiz olmayıb. "Barselona"da bəzi xoşagəlməz anlar yaşadıq. Bunlar haqqında danışmaq istəmirəm. Təəsüf hissidir, yoxsa qarışıqlıq, bilmirəm. O uşaqlıqdan mənim kumirim idi. Qvardiolanı izləyərək, böyümüşəm".

Qeyd edək ki, Fabreqas 2011-2014, Qvardiola isə 2008-2012-ci illərdə Kataloniya klubunda işləyib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.