İdman

"Sivasspor"da heyətlə bağlı cidi problem

17 Noyabr 2020 18:39
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor" 4-cü turda Ağdam təmsilçisi ilə matçdan əvvəl heyətlə bağlı ciddi problemlərlə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Sivas təmsilçisinin 3 futbolçusunda COVİD-19 aşkarlanmasının ardından komandanın 2-ci kapitanı Hakan Arslan da zədələnib. Bu barədə baş məşqçi Rza Çalımbay danışıb. 57 yaşlı mütəxəssis 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini deyib.

Hakan Arslan 3-cü turda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda komandanı meydana kapitan kimi çıxarmışdı.

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.