İdman

"Yuventus"un prezidenti futbolçuları millinin düşərgəsinə buraxmır

7 Noyabr 2020 12:16
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus" prezidenti Andrea Anyelli noyabr fasiləsində klub oyunçularını milli komandalara buraxmır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, Turin klubu beynəlxalq fasilələri koronavirus pandemiyası dövründə əlavə problemlərin mənbəyi hesab edir. Bundan əlavə, "Yuventus" Çempionlar Liqasında iştirak etdiyindən sıx bir cədvəl futbolçuların zədələnməsi riskini artırır.

Anyelli kimi "Napoli" prezidenti Aurelio De Laurentiisin də futbolçuları milliyə buraxmaq istəmədiyi vurğulanıb.

Xatırladaq ki, oktyabr ayında "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsində olduğu zaman keçdiyi koronavirus testi müsbət çıxıb. 35 yaşlı hücumçu 19 gün karantində olub və Çempionlar Liqasında " Barselona" ilə oyunu  (0: 2) buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.