İdman

"Beşiktaş" "Qaziantep"ə uduzdu

7 Noyabr 2020 10:36
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş" Türkiyə Superliqasının 8-ci turunda "Qaziantep"in qonağı olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 1:3 hesabı ilə uduzub.

Görüşdə hesabı 44-cü dəqiqədə ev sahiblərinin futbolçusu Kevin Mirallas açıb. 55-ci dəqiqədə "Beşiktaş"ın oyunçusu Ersin Destanoğlu qırmızı vərəqə ilə cəzalandırılıb. 61-ci dəqiqədə Kayl Larin hesabı bərabərləşdirib- 1:1. Muhammet Demir 63-cü dəqiqədə "Qaziantep"i yenidən önə keçirib- 2:1. Kenan Özer isə 90-cı dəqiqədə oyunun yekun hesabını müəyyənləşdirib- 3:1.

Qeyd edək ki, 17 xalla "Fənərbaxça"nın liderlik etdiyi turnir cədvəlində "Beşiktaş" 10 xalla 9-cudur. "Qaziantep" isə 11 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.