İdman

Dibala yığmaya qayıtdı

6 Noyabr 2020 20:09
Baxış: 770
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Argentina millisinin DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Yuventus"un hücumçusu Paulo Dibala uzun fasilədən sonra yenidən yığmaya qayıdıb.

Kapitan Lionel Messi ilə eyni oyun üslubuna malik olduğu üçün çox vaxt millidən kənarda qalan Dibalaya baş məşqçi Lionel Skaloni bu dəfə ehtiyac duyub. O, seçmə mərhələdə noyabrın 12-də Paraqvay, 17-də isə Peru ilə keçiriləcək qarşılaşmada iştirak edə bilər.

Qeyd edək ki, ilk iki turda 6 xal toplayan Argentina ilə Braziliya milliləri liderliyi bölüşürlər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.