İdman

UEFA-dan Avro-2020 açıqlaması

3 Noyabr 2020 13:29
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın mətbuat xidməti Fransanın "Le Parisien" nəşrinin Avro-2020-nin yalnız Rusiyada keçirilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qitə futbol qurumundan TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda turnirin əsas planı ilə bağlı heç bir dəyişiklik yoxdur: "UEFA Avro 2020-ni əvvəlcə planlaşdırıldığı formatda keçirməyi planlaşdırır. Hazırda B planımız yoxdur. Vəziyyəti diqqətlə izləyirik və gözləyirik.

Lakin buna baxmayaraq, Avro 2020-nin 12 ölkədə deyil, 11, 8, 5 hətta 1 ölkədə keçirilmə ehtimalını istisna etmirik. Prezident Çeferin bu barədə əvvəllər də danışıb".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.