İdman

Son 3 ayda 4 qol - Hamısı penaltidən

2 Noyabr 2020 19:01
Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın və Argentina millisinin kapitanı Lionel Messi son 3 ayda yalnız penaltidən qol vurmağı bacarıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu son dəfə oyun epizodundan qolu avqustun 8-də Çempionlar Liqasının 2019/20 mövsümünün "Napoli" ilə 1/8 final matçında vurub.

Həmin vaxtdan sonra Messi Kataloniya klubu ilə 9, yığma komanda ilə isə 2 oyuna çıxıb. Beləliklə, o, meydanda 1057 dəqiqə keçirib və penaltidən 4 qol vurub.

Qeyd edək ki, Messi "Qızıl Top"un 6 qat qalibidir. O, "Barselona"da çıxış etdiyi 16 il ərzində 34 kubok qazanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.