İdman

Levandovskidən Bundesliqada yeni rekord

25 Oktyabr 2020 07:22
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, polşalı futbolçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb. 

İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna 5-ci turun "Ayntraxt"la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.
 
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç futbolçu Levandovskidən daha çox het-trik edib. Əfsanəvi Herd Müller əlçatmazdır - 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində isə 12 het-trik var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.