İdman

"Futbol kralı" 80 yaşında

23 Oktyabr 2020 16:26
Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pelenin 80 yaşı tamam olur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Pele futbolçu kimi üç dəfə (1958, 1962, 1970) dünya kubokunu qazanan yeganə futbolçudur. Eyni zamanda o, 1958-ci ildə dünya çempionatının ən yaxşı gənc futbolçusu və 1970-ci ildə mundialın ən yaxşı oyunçusu seçilib.

Pele həmçinin, Qitələrarası kubokun və Libertadores kubokunun qalibi, Qitələrarası Çempionlar Supekubokunun qalibidir.

"Futbol kralı" karyerası ərzində "Santos və "Nyu-York Kosmos" komandalarında çıxış edib. Pele Braziliya millisində  92 oyuna 77 qol vurub. O, karyerası ərzində isə ümumilikdə 1363 görüşdə 1289 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.