İdman

“Qarabağ” Təl-Əvivdə favoritdir - UEFA-nın sorğusunda

22 Oktyabr 2020 15:42
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə Təl-Əvivdə keçiriləcək oyunun favoritidir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA-nın azarkeşlər arasında apardığı sorğuya əsasən bu qənaətə gəlmək olar.

Qitə futbol qurumunun sorğusuna qatılan respondentlərin 57 faizi "Qarabağ"ın İsraildən qalibiyyətlə dönəcəyini düşünür. "Makkabi"nin 3 xal qazanmaq şansı 37 faizə bərabər göstərilib. Matçın heç-heçə nəticələnəcəyini proqnozlaşdıranlar isə 6 faiz təşkil edir.

Qeyd edək ki, bu gün "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.