İdman

Mbappedən antirekord - “Mançester Yunayted” tarixi rekordunu yenilədi

21 Oktyabr 2020 13:52
Baxış: 1 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçirilən oyun "Mançester Yunayted" üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərə təmsilçisi klub rekordunu yeniləyib.

"Qırmızı şeytanlar" buna Parisdə 2:1 hesablı qələbə qazanaraq nail olub. Premyer Liqa klubu tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 səfər qələbəsi səddinə çatıb. Ötən mövsümün XXX turunda "Tottenhem"lə heç-heçə etdikdən (1:1) sonra Ole Qunnar Şulşerin yetirmələri "Norviç" (2:1), "Brayton" (3:0, 3:2, 3:0), "Aston Villa" (3:0), "Kristal Pelas (2:0), "Lester" (2:0), "Lyuton" (3:0), "Nyukasl" (4:1) və PSJ-yə (2:1) səfərdə qalib gəlib.

PSJ-nin hücumçusu Kilian Mbappe isə antirekordunu yeniləyib. Fransa millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində artıq 6 oyundur ki, qol vura bilmir. 21 yaşlı forvard sonuncu dəfə ötən mövsüm qrup mərhələsində "Qalatasaray"la (5:1) qarşılaşmada fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.