İdman

"Qarabağ"ın rəqibinin daha bir futbolçusu zədələndi

20 Oktyabr 2020 09:41
Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin İ qrupundakı rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Dani Parexo zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, La Liqanın 6-cı turunda "Valensiya" ilə matçda (2:1) zədə alıb. Onun sağalma müddətinin zədənin sonrakı vəziyyətindən asılı olacağı bildirilib.

Qeyd edək ki, İspaniya təmsilçisinin müdafiəçisi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda Avroliqada "Qarabağ"la Bakıda keçiriləcək matçı buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

Xatırladaq ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.