İdman

90 ildən sonra yeni rekord

19 Oktyabr 2020 20:09
Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Aston Villa" klubu Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, son 90 ildə Birminhem təmsilçisinin rekordudur.

"Aston Villa"nın ölkə çempionatına 4 qələbə ilə başlamasına sonuncu dəfə 1930/31 mövsümündə təsadüf olunub. Həmin vaxt birminhemlilər "Mançester Yunayted"i 4:3, "Şeffild Uensdey"i 2:0, "Vest Hem"i 6:1, "Qrimsbi"ni 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 5-ci turda "Lester"ə bir qolla qalib gələn komanda bunadək "Şeffild Yunayted"i 1:0, "Fulhem"i 3:0, "Liverpul"u 7:2 hesabı ilə udub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.