İdman

"Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi" - İlham Zəkiyev

29 Sentyabr 2020 17:12
Baxış: 2 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".

Milli.Az azxeber.com-a.istinadla xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.
 
O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".
 
Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.