İdman

"Qarabağ"ın potensial rəqibində baş məşqçi dəyişikliyi

22 Sentyabr 2020 16:26
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

2017-ci ildən Polşanın U-21 millisinin baş məşqçisi olan Mixnoviç müqaviləsinin müddəti başa çatacağı noyabra kimi yığmada da işinə davam edəcək. O, 19 illik məşqçilik karyerasında Poşa çempionluğu, Polşa kuboku və iki dəfə superkuboku qazanıb.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Əlavə edək ki, "Legiya"nın son olaraq ölkə çempionatında evdə "Gurnik"ə 1:3 hesabı ilə uduzmasından sonra baş məşqçi Vukoviçin istefasına qərar verilib. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 4 turda 2 dəfə uduzub. Bundan başqa, Varşava təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.