Fransa çempionatında 2-ci turun təxirə salınan oyunu keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son çempion PSJ "Lans"ın qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu, Paris klubunun 2020/2021 mövsümündə liqadakı ilk oyunu olub.
Komandanın 1-ci turdan "Mets"lə görüşü də təxirə salınıb. Həmin matç sentyabrın 16-ı keçiriləcək.
10 sentyabr
"Lans" - PSJ - 1:0
Qol: Qanaqo, 57
Milli.Az