İdman

Fati İspaniya millisinin tarixinə keçdi

7 Sentyabr 2020 18:06
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin üzvü Ansu Fati yığmanın tarixinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turunda evdə Ukraynaya 4:0 hesabı ilə qalib gələn ispanların 3-cü qolunu vuran gənc futbolçu rekorda imza atıb.

32-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi millinin tarixində qol vuran ən gənc futbolçu olub. Barcelona-nın futbolçusu 17 yaş 311 günlüyündə buna nail olub. O, bununla 95 illik rekordu yeniləyib. Əvvəlki rekord 1925-ci ildə İsveçrə ilə oyunda qol vuran Xuan Errazquinə məxsus idi. O, 18 yaş 344 günlüyündə fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.