İdman

Yeni transfer məvacibindən imtina etdi: “Məqsədim pul qazanmaq deyil”

7 Sentyabr 2020 11:45
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şalke"nin yeni transferi Vedad İbişeviç məvacib almadan oynayacaq.

Milli.Az matc-a istinadla xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü açıqlama verib. İbişeviç, məqsədinin pul qazanmaq olmadığını və oynamağa davam etmək istədiyini deyib:

"Məqsədim pul qazanmaq deyil, oynamaq istəyirəm. Klub rəhbərliyi ilə danışdıq və məvacib almayacam. Sadəcə, tibbi siğorta üçün lazım olan məbləği verəcəklər. Məvacibimi xeyriyyə işlərinə sərf edəcəm və bonuslar üçün oynayacam".

Daha əvvəl Hoffenheim, Shtuttgart, Herta kimi klublarda forma geyinən İbişeviç, Schalke ilə bir illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.