İdman

Kante gələcək karyerasıyla bağlı qərarını verdi

7 Sentyabr 2020 05:30
Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante klubdan ayrılmaq istəmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu komandadakı mövqeyindən razıdır.

29 yaşlı oyunçunun daha öncə "İnter"ə keçəcəyi iddia olunurdu. Ötən mövsüm zədə səbəbindən az forma şansı alan Kantenin İtaliya klubuna keçməsi ehtimal idi. Lakin yarımmüdafiəçinin London klubundan getməyəcəyi bildirilir.

Qeyd edək ki, Kante 2019/20 mövsümündə "Çelsi"nin heyətində 28 oyun keçirib və 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.