"Yuventus"un və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo məşqə başlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 35 yaşlı hücumçu şəxsi İnstaqram hesabında yazıb. Məşqdən şəklini paylaşan futbolçu qeyd edib: "Geri qayıtdığım üçün sevindim".
Xatırladaq ki, arı sancmasından sonra yarasına infeksiya keçən Ronaldo bir neçə gündür məşqdən kənarda qalmışdı. Bu səbəbdən o, Millətlər Liqasında Xorvatiya ilə oyunda (4:1) iştirak edə bilməyib. Kriştianonun sentyabrın 8-də İsveçlə oyunda meydana çıxacağı gözlənilir.
Milli.Az