Sahibkarlara vergi ilə bağlı sevindirici xəbər - Yeni qaydalar açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək.
Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, fəaliyyətini şəffaf quran sahibkarlar üçün vergi yükünün azaldılmasına, eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq:
"Həmçinin, müştərilərin də hüquqları qorunur. Müştərilər ödəniş formasını seçməkdə sərbəstdilər. Onlar həm kart, həm də nəğd ödəniş edə bilərlər. Praktikaya əsasən isə sahibkarlar həm vergidən yayınmaq, həm də pulu nəğdləşdirmək üçün müştərini nəğd ödəniş etməyə vadar edirlər. Bu da vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır".
Xatırladaq ki, oxşar güzəştlər 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana 280 ton buğda göndərildi
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
-
Azərbaycanın 2026–2031-ci illər üzrə inflyasiya proqnozu açıqlandı
XƏBƏR LENTİ
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
"Arsenal"dan final antirekordu
-
"Tastewashing" nədir?
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO





