Ölkə

İcra başçısı iki nəfəri işdən çıxardı - Yeni təyinat

8 Dekabr 2025 14:21
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad edilib, daha bir nəfər isə işə götürülüb.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Belə ki, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şaiq Qənbərli öz ərizəsi ilə vəzifəsindən azad olunub və onun yerinə təyinat olmayıb.

Bundan əlavə, icra hakimiyyətinin xidmət heyətində də kadr islahatı aparılıb. Başçının əmri ilə baş mütəxəssis-sürücüsü (icra başçısının sürücüsü) vəzifəsində çalışan Səxavət Əhədov işdən çıxarılıb, onun yerinə isə Teymur Qasımov təyinat alıb.

Xatırladaq ki, V.Novruzov noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.