İdman

Məşhur futbolçu otelə 19 qadın çağırdı, ara qarışdı

6 Sentyabr 2020 11:40
Baxış: 3 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur vetran futbolçu Yaya Ture qalmaqala səbəb olub.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, karyerası ərzində böyük klublarda oynamış Kot-D`İvuar millisinin üzvü yardım matçından əvvəl əyləncə məclisi təşkil etmək üçün otelə 19 qadın çağırıb.

Belə ki, 37 yaşlı veteran futbolçu UNİCEF-in təşkilatçılığı ilə uşaqlar üçün keçirilməli olan yardım matçında iştirak etməli idi. Amma oyundan əvvəl qaldığı otelə 19 qadın çağırıb. Turenin bundan başqa matçda oynayacaq futbolçuların olduğu "Whatsapp" qrupuna erotik görüntülər göndərib. 

"TyC Sports"un xəbərinə görə, onun bu hərəkətləri yardım matçında iştirak edəcək ulduz futbolçuların etirazına səbəb olub və Ture oyunun heyətindən çıxarılıb.

Qeyd edək ki, Ture karyerası ərzində Belçikanın "Beveren", Ukraynanın "Metallurq", Yunanıstanın "Olimpiakos", Fransanın "Monako", İspaniyanın "Barselona", İngiltərənin "Mançester Siti" və Çinin "Qingdao Huanghai" klublarında çıxış edib, Kot-D`İvuar millisində keçirdiyi 101 oyunda 19 qol vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.