İdman

"Evdən kənarda oynamağımız rəqib üçün üstünlükdür" - "Molde"nin baş məşqçisi

1 Sentyabr 2020 19:04
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümid edirəm ki, "Qarabağ"la oyun neytral meydanda keçiriləcək. "Onda biz bərabər şərtlərdə olardıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"nin (Norveç) baş məşqçisi Erlinq Moe deyib.

O, yerli mətbuata açıqlamasında "Qarabağ"la Bakıda oynamağın rəqib üçün üstünlük olacağını bildirib və görüşün yerinin dəyişdiriləcəyini gözlədiyini vurğulayıb: "Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdür".

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.