İdman

“Tottenhem”dən 16 milyonluq transfer

30 Avqust 2020 16:27
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, London təmsilçisi "Vulverhempton"dan Mett Dohertini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

"Tottenhem" irland futbolçu üçün "Vulverhempton"a 16,5 milyon avro ödəyib.

İrlandiya yığmasının da üzvü olan Doherti, "Vulverhempton"dan başqa "Hibernian" və "Beri"də də forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.