İdman

Məşhur futbolçu karyerasını bitirdi

28 Avqust 2020 22:55
Baxış: 1 142
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərəli futbolçu Qaret Barri karyerasını bitirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu son olaraq "Vest Bromviç"in şərəfini qoruyub. O, karyerası ərzində "Aston Villa", "Mançester Siti" və "Everton"un da formasını geyinib.

Karyerası ərzində ümumilikdə 833 oyunda forma geyinən Barri, 53 matçda da İngiltərə millisinin uğurları üçün çalışıb. Premyer Liqada 653 oyunda iştirak edən Barri, bu göstəricidə rekord sahibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.