"Çelsi" heyətinə daha bir futbolçu cəlb edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" "Nitsa"dan Malanq Sarrı transfer edib. 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Seneqal əsilli fransalı oyunçu ilk mövsümdə təcrübə qazanması üçün icarəyə göndəriləcək.
Qeyd edək ki, "Nitsa"nın yetirməsi olan Sarr 2016-cı ildən əsas komandada çıxış edir.
Milli.Az