İdman

"Qarabağ" "Milan"a çatdı - Yeni reytinq

27 Avqust 2020 18:39
Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında dünən keçirilən 2-ci təsnifat mərhələsinin oyunlarından sonra klubların növbəti UEFA reytinqi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni reytinqdə ÇL-dəki yeganə təmsilçisimiz "Qarabağ" irəliləyib.

Ağdam klubu dünən Moldovanın "Şerif"inə 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 20,500-ə yüksəldib. Bu göstərici ilə "Qarabağ" "Milan" (İtaliya) və "Standard"a (Belçika) çatıb və onlarla 62-64-cü yerləri bölüşür.

Ağdam təmsilçisi reytinqdə "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Atletik", "Selta", "Real Sosyedad", "Espanyol", "Hetafe" (hamısı İspaniya), "Spartak (Rusiya), "Everton" (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Siyahıda digər klublarımızdan  "Qəbələ" 178-ci, "Neftçi" 223-ci, "Keşlə", "Səbail", "Zirə", "Kəpəz", həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq "Sumqayıt"  298-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya "Bavariya" başçılıq edir (111,000) "Barselona" 2-ci (106,000) "Real" 3-cüdür (105,000)

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.