Çempionlar Liqasında dünən keçirilən 2-ci təsnifat mərhələsinin oyunlarından sonra klubların növbəti UEFA reytinqi açıqlanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni reytinqdə ÇL-dəki yeganə təmsilçisimiz "Qarabağ" irəliləyib.
Ağdam klubu dünən Moldovanın "Şerif"inə 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 20,500-ə yüksəldib. Bu göstərici ilə "Qarabağ" "Milan" (İtaliya) və "Standard"a (Belçika) çatıb və onlarla 62-64-cü yerləri bölüşür.
Ağdam təmsilçisi reytinqdə "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Atletik", "Selta", "Real Sosyedad", "Espanyol", "Hetafe" (hamısı İspaniya), "Spartak (Rusiya), "Everton" (İngiltərə) kimi məşhur klubları geridə qoyub.
Siyahıda digər klublarımızdan "Qəbələ" 178-ci, "Neftçi" 223-ci, "Keşlə", "Səbail", "Zirə", "Kəpəz", həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq "Sumqayıt" 298-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya "Bavariya" başçılıq edir (111,000) "Barselona" 2-ci (106,000) "Real" 3-cüdür (105,000)
Milli.Az