"Başakşəhər" futbolçusu Qael Klişi ilə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib.
Qeyd edək ki, fransalı Q.Klişi 2017-ci ildən İstanbul təmsilçisində çıxış edirdi. O, ötən mövsüm 45 matçda 2 qol vurub və 8 qolun ötürməsini verib.
Milli.Az