İdman

"Qarabağ" - "Şerif": Hakimlər dəyişdirildi

25 Avqust 2020 15:25
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının 2-ci təsnifat məhələsində keçiriləcək  "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA görüşün Furkat Atajanov rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcəyini açıqlamışdı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.