İdman

Flik "Lion" üzərində qələbəni şərh etdi

20 Avqust 2020 14:19
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Matçın çətin olacağını bilirdik, çünki rəqib "Yuventus" və "Mançester Siti" kimi komandaları mübarizədən kənarlaşdırmışdı.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinalında "Lion"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.

O, Fransa klubunun taktiki cəhətdən güclü olduğunu söyləyib: "Əvvəldən bizim üçün problemlər yaratdılar. Özümüzü daha yaxşı müdafiə etməyimiz lazım olduğunu başa düşdük. Matçdan əvvəl onlar yalnız top itirməmək barədə danışdılar, yenə də səhv etdilər".

Alman mütəxəssis finalda qarşılaşacaqları PSJ haqda da danışıb: "PSJ-nin əla heyəti var. Onlar bu mərhələyə layiqincə yüksəliblər. Bir sıra məqamları təhlil etməliyik, ancaq onların heyətində çox sürətli oyunçuların olduğunu bilirik. Müdafiədə oyunumuzu daha yaxşı təşkil etməyə çalışacağıq. Əsas gücümüz isə rəqibə güclü təzyiq göstərmək bacarığımızdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.