İdman

Çempionlar Liqasında ilk finalçı - VİDEO

19 Avqust 2020 07:01
Baxış: 2 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Pari Sen-Jermen" futbol klubu Lissabonda keçirilən Çempionlar Liqasının yarımfinal oyununda Almaniyanın "Leypsiq" komandasını 3:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qolları Markinyos (13-cü dəqiqə), Anxel Di Maria (42) və Xuan Bernat (56) vurublar. Fransa klubu Çempionlar Liqasında ardıcıl vurulan ən çox qol (34) üzrə İspaniyanın "Real Madrid"in rekordunu yeniləyib. "Real" bu müvəffəqiyyətə 2014-cü ildə nail olmuşdur.

PSJ avqustun 23-də "Lion" (Fransa) - "Bavariya" (Almaniya) matçının qalibi ilə oynayacağı turnirin finalına çıxdı. Tarixdə ilk dəfə olaraq parislilər Çempionlar Liqasının (Avropa kuboku) finalında iştirak edəcəklər.

18 avqust

23:00. "Leyptsiq" (Almaniya)  - PSJ (Fransa) - 0:3
Qollar: Markinyos, 13, Di Mariya, 42, Xuan Bernat, 56
Baş hakim: Byörn Kuypers

19 avqust

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Mateu Lahoz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.