İdman

“Sileks”in baş məşqçisi: “Qarabağ” böyük klubdur, biz balaca komandayıq"

18 Avqust 2020 22:22
Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zənnimcə, yaxşı oyuna başladıq. "Qarabağ" çox güclü komandadır".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Sileks"in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirilən oyun barədə fikirlərini bildirərkən deyib.

Bakıdakı görüşdə 0:4 hesabı ilə məğlub olan Şimali Makedoniya təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qonaqların çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: "Pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu. "Qarabağ" elə komandadır ki, bir balaca boş sahə versən, asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. "Qarabağ"ı qrup mərhələsində görmək istərdim".

- Hakimlikdən narazılığınız nədən irəli gəldi?
- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. "Qarabağ" böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz "Qarabağ"ı gördünüz?
- İzlədiyim oyunlarla müqayisədə əvvəlki "Qarabağ"ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.