İdman

"Barselona" Kumanla danışıqlar apardığını təsdiqlədi

18 Avqust 2020 14:25
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" yeni baş məşqçi vəzifəsi üçün Niderland millisinin çalışdırıcısı Ronald Kumanla danışıqlar apardığını təsdiqləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Oskar Qrau məlumat verib. O, Kumanla danışıqlar aparmaq üçün Niderlanda gedib. Funksioner İspaniyaya qayıdarkən bununla bağlı açıqlama verib: "Bəli, mən Kumanla danışdım".

Qeyd edək ki, R.Kuman futbolçu karyerası ərzində 1989-1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998-2000-ci illərdə Kataloniya təmsilçisində məşqçi kimi işləyib.

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra baş məşqçisi Kike Setyeni istefaya göndərib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.