"Barselona" yeni baş məşqçi vəzifəsi üçün Niderland millisinin çalışdırıcısı Ronald Kumanla danışıqlar apardığını təsdiqləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Oskar Qrau məlumat verib. O, Kumanla danışıqlar aparmaq üçün Niderlanda gedib. Funksioner İspaniyaya qayıdarkən bununla bağlı açıqlama verib: "Bəli, mən Kumanla danışdım".
Qeyd edək ki, R.Kuman futbolçu karyerası ərzində 1989-1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998-2000-ci illərdə Kataloniya təmsilçisində məşqçi kimi işləyib.
Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra baş məşqçisi Kike Setyeni istefaya göndərib.
Milli.Az