İdman

Toya gedən Super Liqa ulduzu və hamilə xanımı koronavirusa yoluxdu - FOTO

16 Avqust 2020 16:45
Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Manolis Siopis və hamilə həyat yoldaşı koronavirusa yoluxub.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə futbolçu sosial media hesabında məlumat yayıb.

Mövsüm başa çatdıqdan sonra Yunanıstana yollanan Siopis və xanımı Alanyaya dönərkən test verib. Onların testləri pozitiv çıxıb.

Siopis onunla və xanımı ilə təmasda olan hər kəsi test verməyə çağırıb: "Koronavirus testim pozitiv çıxdı. Bunu mənimlə təmasda olan hər kəsə bildirməyi özümə borc bilirəm".

Qeyd edək ki, yunan futbolçu və xanımı ötən həftə Yunanıstanda toy mərasiminə qatılıb. Bundan sonra onların testi pozitiv çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.