İdman

"Fənərbağça” sabiq “Qarabağ”lı ilə razılığa gəldi

13 Avqust 2020 09:44
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, müqavilə ilə "Bornmut"a məxsus olan təcrübəli qolkiper "Fənərbağça" ilə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə olunub. "Sarı-lacivərdlilər" hətta 33 yaşlı qapıçının klubu ilə də ortaq məxrəcə gəlib. Beqoviçin tezliklə Türkiyəyə yollanması və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümünün ilk dövrəsini icarə əsasında "Qarabağ"da keçirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.