İdman

Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında - FOTO

11 Avqust 2020 17:11
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər.

Federasiyadan Milli.Az-a verilən məlumata görə Boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi. İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 - 19 avqust 2020-ci il tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq  toplasında iştirak edəcək. Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına  məsuliyyətlə riayət edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.