İdman

Rusiya millisinin keçmiş futbolçusu meydanda hakimi döyüb - VİDEO

11 Avqust 2020 14:52
Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov qalmaqalla gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 39 yaşlı yarımmüdafiəçi oyun zamanı hakimi döyüb.

Hadisə həvəskar komandalar arasında keçirilən görüş zamanı baş verib. Şirokovun keçmiş futbolçu olan referi Nikita Dançenkovu döydüyü görüntülər internetdə də yayılıb. Yumruq zərbələrindən sonra tibbi yardıma ehtiyac duyan hakimin səhhətinin qaydasında olduğu açıqlanıb. Futbolçu hərəkətinə görə üzr istəyib.

Qeyd edək ki, Roman Şirokov 2008-2016-cı illərdə Rusiya millisinin heyətində 50-dən çox oyun keçirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.