İdman

Ukrayna Futbol Federasiyasının prezidenti koronavirusa yoluxdu

11 Avqust 2020 09:55
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelko koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 45 yaşlı funksioner öz Feysbuk səhifəsində açıqlayıb. O, özünü yaxşı his etdiyini və federasiyanın işlərini nəzarətdə saxladığını bildirib. Qeyd edib ki, son bir neçə gündə görüşdüyü insanlar müəyyən edilib və onlardan analiz götürülüb.

Qeyd edək ki, Andrey Pavelko 2015-ci ildən UFF prezidenti, 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.