İdman

"Qarabağ"ın baş məşqçisi kimi fəaliyyətə başlamasından 12 il ötür

10 Avqust 2020 12:11
Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban Qurbanovun "Qarabağ"ın baş məşqçisi kimi fəaliyyətə başlamasından 12 il ötür.

2008-ci ilin bugünlərində Rasim Karanın "Xəzər Lənkəran"a qəfil və gözlənilməz gedişindən sonra "Qarabağ" boş qalmış baş məşqçi vəzifəsinə 36 yaşlı Qurban Qurbanovu gətirir. 2018/19 mövsümünün sonu Ağdam klubu Azərbaycan kubokunu qazanır və demək olar ki, həmin vaxtdan başlayaraq Q.Qurbanov məhdud imkanlarla Azərbaycan futbolu üçün boyük uğur hesab olunacaq qələbələrin əsasını qoyur. 2019-cu ildə "Qarabağ" sensasiyaya imza ataraq Avropa Liqasında pley-off mərhələsinə kimi gələ bilir. Bu uğur hətta ölkə prezidenti İlham Əliyevin də diqqətini çəkir, o, şəxsən Qurban Qurbanova zəng edərək onu qələbə münasibəti ilə təbrik edir.

Sonrakı illərdə "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi ilə futbol tariximizdə daha yüksək nailiyyətlərə imza atır. Müxfəlif illərdə 5 dəfə Avropa Liqasının qrupunda oynayan Ağdam təmsilçisi 2017-ci ildə futbol tariximizin ən böyük uğurunu qazanır. Qurban Qurbanov "Qarabağ"ı UEFA  Çempionlar Liqasının qrupuna çıxarır.

Onun daha bir yüksək göstəricisi isə budur ki, "Qarabağ" Q.Qurbanovun rəhbərliyi ilə dalbadal 7 dəfə Azərbaycan Premyer Liqasının qalibi olub. Bu, futbol tariximizdə həm bir məşqçi, həm də bir klub üçün mütləq rekorddur.

İdman jurnalistlər arasında keçirilən sorğuların nəticələrinə əsasən, Q.Qurbanov son 11 ildə Azərbaycanın ən yaxşı futbol məşqçisi olub.

O, həmçinin bir klubumuzda ən uzun müddətdir işləyən yeganə baş məşqçidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.