İdman

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

8 Avqust 2020 13:29
Baxış: 780
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın PSJ klubu mövsümlərarası fasilədə heyətində görmək istədiyi müdafiəçini müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Liqa1-in çempionu Milan Şkrinyarı transfer etmək istəyir.

İtaliya "İnter"inin slovakiyalı müdafiəçisi parislilərin heyətində sabiq kapitan Tyaqo Silvanı əvəzləməlidir. Şkrinyarın taleyi isə milanlıların baş məşqçisi Antonio Kontedən asılıdır.

Əgər mütəxəssis postunda qalsa, onunla fikir ayrılığında olan Şkrinyar klubdan gedəcək. Konte vəzifəsindən getsə, müdafiəçini "İnter"də də her şey qane edir.

Qeyd edək ki, Şkrinyarı "Mançester Siti", "Mançester Yunayted" və "Tottenhem" də heyətində görmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.