İdman

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

8 Avqust 2020 12:59
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yekun müzakirələrdən sonra 21 avqust yeni mövsümün start tarixi kimi müəyyənləşdirib.

PFL AFFA İcraiyyə Komitəsinin yaratdığı İşçi Qrupun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqustdan açıq havada idman yarışlarına icazəsini nəzərə alıb.

Püşkatma mərasimi avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Mərasimi "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.