İdman

Boatenq “Beşiktaş”dan ayrıldı

24 İyul 2020 15:07
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş"ın yarımmüdafiəçisi Kevin-Prins Boatenq İstanbul təmsilçisindən ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən gün "qara qartallar"ın düşərgəsində son məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, "Beşiktaş" Boatenqi qışda İtaliyanın "Fiorentina" klubundan 6 aylıq icarəyə götürmüşdü. 33 yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.