İdman

Lippi texniki direktor kimi İtaliyaya qayıtdı

23 İyul 2020 18:44
Baxış: 890
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi yenidən ölkəsində çalışacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 72 yaşlı mütəxəssis İtaliya Futbol Federasiyasına təyin olunacaq.

Lippi qadınlar da daxil olmaqla, İtaliyanın bütün milli komandalarının texniki direktoru vəzifəsində fəaliyyət göstərəcək. Onun gələcəkdə İtaliya Məşqçilər Assosiasiyasına rəhbərlik etməsi gözlənilir.

Qeyd edək ki, DÇ-2006-da İtaliya yığmasına dünya çempionluğunu qazandıran Marçello Lippi son olaraq 2016-2019-cu illərdə Çin millisini çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.